"Real"ın qapıçısı İker Kasilyas son oyunlardakı çıxışına görə azarkeşlər tərəfindən tənqid olunmasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Cuatro"ya danışan ispaniyalı qolkiper azarkeşlərin hər zaman haqlı olduğunu deyib:
"İnsanlar istədiklərini düşünə bilərlər. Azarkeşlər hər zaman haqlıdırlar. Mənim vəzifəm isə işimə köklənmək və ən yaxşı oyunumu göstərməyə çalışmaqdır".
Qeyd edək ki, "Real"ın La Liqada "Atletiko"ya 0:4 hesabı ilə uduzmasından sonra azarkeşlər Kasilyasın oyunu kəskin tənqid ediblər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.