"Bizə qələbə lazim idi, bunu da bacardıq" - Qari Kehill
"Çox çətin oyun oldu. İlk dəqiqələrdə topa nəzarət "Qarabağ"da idi. Qola kimi rəqib daha yaxşı təsir bağışladı. Ancaq qoldan sonra üstünlük bizim tərəfimizə keçdi".
Bu sözləri Qol.az-a "Çelsi"nin futbolçusu Qari Kehill Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Sevinirəm ki, sonda qalib gəldik. Artıq növbəti mərhələ haqda düşünmək olar"- deyə o bildirib.
Q.Kehill penalti və qırmı vərəqə epizodunu şərh etmək istəməyib: "Bu, hakimin qərarıdır. Bizə qələbə lazim idi, bunu da bacardıq"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.