Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının (MHŞ) üzvü general Can Yan evində intihar edib.
AZƏRTAC “China Daily” qəzetinə istinadla xəbər verir ki, intihar noyabrın 23-də baş verib, amma ictimaiyyətə bu gün açıqlama verilib. Bildirilir ki, bir müddət əvvəl hüquq-mühafizə orqanları onun haqqında təhqiqata başlamışdı.
Güman olunurdu ki, Can Yanın Mərkəzi Hərbi Şuranın keçmiş sədr müavini işləmiş və sonradan korrupsiya əməllərinə görə ömürlük həbs cəzasına məhkum edilən general Quo Bosion və MHŞ-nın keçmiş sədr müavin işləmiş, sonradan haqqında korrupsiya əməlinə görə açılan cinayət işinin gedişində vəfat edən general Su Çayxou ilə əlaqəsi olub.
Qeyd edək ki, Mərkəzi Hərbi Şura Çində silahlı qüvvələrin ən yuxarı idarəetmə qurumdur. Onun sədri Çin Xalq Respublikasının sədri, Kommunist Partiyasının baş katibi Si Cinpindir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.