banner
banner

Dünya

Marsa uçacaq 13 yaşlı məktəbli

Marsa uçacaq 13 yaşlı məktəbli

Böyük Britaniyanın “BBC” televiziya şirkəti Marsa uçacaq ilk kosmonavtlar komandasının tərkib hissəsi olmağa qərar verən 13 yaşlı ABŞ məktəblisi haqqında film çəkib.

CİA.az-ın ictnews.az-a istinadən məlumatına görə, Alissa Karson ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən təşkil edilmiş üç “kosmik” düşərgədə iştirak edən birinci şəxs olub. Düşərgədə uşaqlar kosmonavt hazırlığına oxşar hazırlıq keçirlər. Onun arzusu Marsa uçan ilk kosmonavt olmaqdır. Buna görə onun 4 yaşından başlayaraq həyatı bu hadisəyə hazırlıq kimi planlaşdırılıb. A.Karson “NASA”-nın profilli düşərgələri ilə yanaşı, dünyanın digər “kosmik” düşərgələrində, eləcə də texnika, elm, çətin şəraitdə dözümlüyə həsr edilən müxtəlif treninqlərdə iştirak edib. Yeniyetmə qız həmçinin mütəmadi olaraq “NASA”-nın kosmik mərkəzlərinə baş çəkir və kosmonavtlarla görüşür. Gələcəkdə A.Karson Beynəlxalq Kosmik Universitetə daxil olmağı planlaşdırır. Onun sözlərinə görə, o, Marsa indiyədək orada heç kimin olmaması səbəbindən uçmaq istəyir.
“NASA” nümayəndələrinin sözlərinə görə, qızın yaşı ona 2033-cü ildə Marsa yola düşəcək ilk kosmonavtların sırasına daxil olmağa imkan verir və o, məşqlərini düzgün davam etdirsə, komandaya düşmək şansı çox olacaq, - “Vokruq sveta ” yazır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.