Rusiya millisi DÇ-2018-ə Avstriyada hazırlaşacaq. Bu haqda millinin baş məşqçisi Stanislav Çerçesov məlumat verib: “Konfederasiyalar Kubokunda olduğu kimi yenə də Noyştift-im-Ştubaytalda hazırlıq keçəcəyik. 13 mayda ölkə çempionatı başa çatacaq. 2-3 günlük istirahətin ardından komanda bir neçə günü də Novoqorskdakı bazasında keçirəcək. Mayın 20-21-də isə Avstriyaya yollanacağıq.
2 yoxlama oyunu keçirəcəyik ki, onlardan biri ölkə xaricində baş tutacaq. Avropa təmsilçiləri ilə yoxlama oyunları haqda dekabrın 1-dən, püşkatmadan sonra qərara gələcəyik. Bəzi komandalar yoxlama oyunu ilə bağlı yalnız dekabrın əvvəlində cavab verəcəklərini bildiriblər”
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.