"Bavariya" "Şaxtyor"la, PSJ "Çelsi" ilə heç-heçə etdi
Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun gününə iki qarşılaşma keçirilib.
Son Fransa çempionu PSJ öz meydanında "Çelsi"ni qəbul edib. Görüşdə qapıra iki qol vurulub – 1:1. Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələn komandaların duelində "Çelsi" qalib gələrək yarımfinala yüksəlib.
Günün digər qarşılaşması Ukraynada keçirilib. Burada yerli "Şaxtyor" Almaniya nəhəngi "Bavariya"nı sınağa çəkib. Bu qarşılaşmada isə azarkeşlər qol izlməyib.
Qeyd edək ki, 1/8 finalın digər iki qarşılaşması bu gün, qalan 4 oyunu isə 24-25 fevral tarixlərində keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.