banner
banner

Dünya

İŞİD-dən daha bir dəhşətli qətliam

İŞİD-dən daha bir dəhşətli qətliam

İŞİD terror qruplaşmasının silahlıları İraqın qərbindəki Əl Bağdadi şəhərində 45 nəfəri diri-diri yandırıb.

Bu barədə yerli polis rəisi polkovnik Qasım Obeydi bildirib.

Öldürülən şəxslərin kimliyi və kütləvi qətlin səbəbi hələlik məlum deyil. Polis rəisi qurbanların İraq təhlükəsizlik orqanlarının əməkdaşları olduğunu ehtimal edir.

Ötən həftə İŞİD silahlıları Əl Bağdadi şəhərinin böyük hissəsini ələ keçirmişdi. Qeyd edək ki, Əl Bağdadinin yaxınlığında “Ayn Əl Əsəd” aviasiya bazası yerləşir. Bu bazada 320 ABŞ dəniz piyadalı iraqlı hərbçilərə təlim keçir.

Polkovnik Qasım Obeydinin sözlərinə görə, bazanın yaxınlığında təhlükəsizlik orqanlarının əməkdaşlarının ailələrinin qaldığı yaşayış kompleksləri silahlıların hücumuna məruz qalıb. (APA)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.