Bu gün 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkatma mərasimi keçiriləcək. Püşkatma mərasimi Moskvadakı Kreml Sarayında keçiriləcək və Bakı vaxtı ilə 19:00-da başlayacaq. Püşkatma mərasiminin aparıcıları ingiltərəli veteran futbolçu Hari Lineker və rusiyalı telejurnalist Mariya Komandnaya olacaqlar. Rusiya millisi meydan sahibi kimi avtomatik A qrupunun 1-ci komandası olacaq. Püşk öncəsi səbətlətin tərkibi aşağıdakı kimidir: A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;
B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;
C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;
D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.
Qeyd edək ki, DÇ-2018 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.