"Roma" - "Qarabağ" oyununu bu hakimlər idarə edəcək
UEFA-nın Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Roma” – “Qarabağ” oyununun hakimləri bəlli olub. Matçı almaniyalı hakimlər briqadası idarə edəcəklər.
Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaq. Qeyd edək ki, dekabrın 5-də keçiriləcək “Roma” – “Qarabağ” oyunu saat 23:45-də start götürəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.