Macarıstan paytaxtı Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə baş nazir Viktor Orban arasında keçiriləcək danışıqlardan öncə 2000-ə yaxın etirazçı bu görüşə qarşı yürüş keçirib.
ANS PRESS-in məlumatına görə, Putinin çərşənbə axşamı etdiyi səfər, 2014-cü ilin iyun ayından bəri onun Avropa ölkəsinə ilk səfəridir.
Macarıstan Rusiya ilə qaz sazişi barədə yeni razılığa gəlmək istəyir.
Aİ üzv dövlətləri şərqi Ukraynadakı münaqişəyə görə Rusiyanı kənarlaşdırıblar, baxmayaraq ki, Rusiya zorakılıqları qızışdırdığı barədə ittihamları rədd edir.
Bazar ertəsi gecə saatlarında Budapeştdəki etirazçılar "Putin Nyet, Europa Igen!" ("Putin Yox, Avropa Hə") plakatları ilə küçələrə çıxmışdı.
Macarıstan Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyib, lakin onların mənfi təsiri barədə fikirlərini də gizlətməyib.
Ötən il Orban demişdi ki, Aİ Moskva ilə ticarəti məhdudlaşdıraraq "özünə güllə atıb".
Macarıstan qaz təchizatının əksəriyyəti üçün Rusiyadan asılıdır və vaxtı bu il bitəcək sazişin yeni versiyası barədə razılığa gəlmək istəyir.
Qeyd edək ki, Viktor Orban- Putinin Avropadakı ən yaxın müttəfiqi kimi tanınır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.