Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start veriləcək.
Qol.az-ın məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxacaq.
Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olacaq.
Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyükdür. “Canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalıdır. Çünki meydan sahibləri xal itirsə, qrupdan çxımaq üçün “Çelsi”nin “Atletiko”ya qalib gəlməsinə ümid etməlidir.
Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
5 dekabr
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 1:0 (İkinci hissə) Qol: Perotti, 53 Baş hakim: Tobias Stieler Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya) Roma. Olimpiya stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.