banner
banner

İdman

Dieqo Perotti: “Qarabağ” boşluqları bağlamışdı"

Dieqo Perotti: “Qarabağ” boşluqları bağlamışdı"

“Qarabağ” həqiqətən boşluqları bağlamışdı. Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik”.

“Report” xəbər verir ki, bunu İtaliya təmsilçisi “Roma”nın futbolçusu Dieqo Perotti Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Matçın 53-cü dəqiqəsində vurulan yeganə qolun müəllifi olan argentinalı hücumçu bildirib ki, 1/8 finala qrup qalibi kimi yüksəlmək fantastik nəticədir. O, bu cür qarşılaşmaların təhlükəli olduğunu söyləyib: “İlk matçda heç-heçə edəndən sonra heç kim bizə inanmırdı. Lakin biz başımızı aşağı salıb, səylə işləyirdik. Finişdə zirvədə olmağa layiqik. Bu cür oyunlar çox təhlükəli olur. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.

Qeyd edək ki, İngiltərə çempionu “Çelsi” ilə eyni – 11 xala malik “Roma” şəxsi oyunlara görə 1/8 finala C qrupunun qalibi qismində yüksəlib. 7 xalla 3-cü yeri tutan İspaniya “Atletiko”su isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.