banner
banner

İdman

"Avro-2020"nin A qrupunun oyunları Bakıda

"Avro-2020"nin A qrupunun oyunları Bakıda

2020-ci il Avropa çempionatının açılış oyunu İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək. 
Qol.az-ın məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək. Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) B, Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) C, London (İngiltərə) və Qlaqzoda (Şotlandiya) D, Bilbao (İspaniya) və Dublində (İrlandiya) E, Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə F qrupunun oyunları təşkil olunacaq.

Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək. 

Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsidir. Əvəzində qrup oyunlarını Londondakı "Uembli" stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.

Çempionat 2020-ci ilin iyul-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.

Qeyd edək ki, 2020-ci il Avropa çempionatının Azərbaycan paytaxtındakı oyunları Bakı Olimpiya Stadionunda olacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.