Cümə gününə keçən gecə Sakit okeanın Mikroneziya Federativ Ştatları sahillərində 6,6 maqnituda zəlzələ baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların mərkəzi okeanda, Yap adasının 7 min nəfərə yaxın sakini olan Kolonia şəhərindən 236 km şimal-şərqdə qeydə alınıb. Zəlzəələ 45 metr dərinlikdə olub.
Dağıntı və tələfat haqqında məlumat yoxdur.


