banner
banner

Dünya

Putin Avropaya söz verdi

Putin Avropaya söz verdi

"Rusiyanın "Qazprom" şirkəti Macarıstana təbii qaz qaz göndərməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, bu barədə Prezident Vladimir Putin Budapeştdə keçirdiyi mətbuat mətbuat konfransında deyib.

Rusiyanın dövlət başçısı dünən Macarıstana səfəri zamanı bildirib ki, bizim Macarıstanla ikitərəfli qaz sazişimiz bu il başa çatır. "Qazprom" şirkəti 2015-ci ildən sonra da bu Avropa ölkəsinə təbii qaz göndərməyi düşünür. 

Ölkənin baş naziri Viktor Orban Budapeştdə V.Putin ilə danışıqlardan sonra söyləyib ki, Rusiya enerji mənbələri və məhsullarının ixracı üçün Macarıstana lazımdır.

O, Rusiya ilə çevik uzunmüddətli təbii qaz sazişi imzalamağa çalışdıqlarını da diqqətə çatdırıb.

Xatırladaq ki, bu səfər Rusiya prezidenti Vladimir Putin ötən ilin iyun ayından bəri Avropa İttifaqı ölkəsinə ilk səfəridir. Ötən gün minlərlə sakin Putinin səfərinə etiraz əlaməti olaraq Budapeşt küçələrinə çıxıb. Etirazçılar baş nazir Viktor Orbanı Macarıstanın "putinləşdirilməsini" dayandırmağa çağırıblar.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.