banner
banner

İdman

Azərbaycanı olimpiadada kim təmsil edəcək?

Azərbaycanı olimpiadada kim təmsil edəcək?

2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında təmsil ecəcək idmançı müəyyənləşib. 
Azərbaycan Dağ Xizəyi Federasiyasının rəsmisi Afaq Zeynalovanın "Report"a verdiyi məlumata görə, bu, Patrik Braxnerdir.
Avstriyalı legioner kişilər arasında slalom və böyük slalom yarışlarında çıxış edəcək. 25 yaşlı idmançı karyerasında ikinci dəfə olimpiadaya qatılacaq. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.
O, qarşıdakı olimpiadaya lisenziyanı müxtəlif yarışlarda topladığı xallar sayəsində əldə edib. 
A.Zeynalovanın sözlərinə görə, Braxnerin bu yaxınlarda şəxsi problemi ortaya çıxdığından, Pxençxana yollanması sual altına düşmüşdü. Nəticədə federasiya andorralı Robert Solsonanı olimpiadaya yollamaq istəyib. Lakin Braxner problemini artıq yoluna qoyduğunu və Cənubi Koreyada çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9 - 25 fevral 2018-ci ildə keçiriləcək



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.