Minnesota ştatının ən yaşlı sakini "Facebook"da özünə səhifə açmaq üçün real yaşını bir neçə il azaltmalı olub.
Sosial şəbəkə qaydaları ilə istifadəçinin mümkün yuxarı yaş həddi təyin edilməyib, ancaq başlanğıc ayar kimi 109 yaş təşkil edir. Amma "Facebook" istifadəçilərinin sırasına qoşulmuş 114 yaşlı Anna Stoer üçün belə variant onsuz da keçərli deyil.
"TJournal" yazır ki, Stoer bu yaxınlarda müasir texnologiyalardan istifadəyə başlayıb. "Verizon"un ticarət nümayəndəsi Cozef Ramires qadının 85 yaşlı oğluna smartfon satdıqdan sonra onlar dostlaşıblar.
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.com" saytına istinadən bildirir ki, yaşlı qadın qısa müddətdə "iPad" planşetində "Google" və "FaceTime"i öyrənib və insanlarla əlaqə saxlamaq üçün sosial şəbəkədə qeydiyyatdan keçməyə qərar verib. Amma Anna qeydiyyat zamanı problemlə üzləşib, belə ki, 1900-cü ildə anadan olmuş qadın yaşını qeyd etmək üçün siyahıdan 1905-ci il seçməli olub, çünki son seçim məhz 1905 olub.
Sonra yaşlı qadın Ramiresin köməyi ilə resursun yaradıcısı Mark Sukerberqə "Mən hələ buradayam" sözlərindən ibarət məktub göndərib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.