"Portu"nun qapıçısı İker Kasilyas Portuqaliya klubundan ayrılmağa qərar verib.
Cia.az-ın "A Bola"ya istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Serxio Konseysau ona matçlarda şans vermədiyi üçün ispan qolkiper bu qərara gəlib. Kasilyasın daha çox oynayacağı bir kluba keçməyi düşündüyü bildirilib.
Qeyd edək ki, İ.Kasilyasla "Nyukasl" və "Antalyaspor"un maraqlandığı iddia olunur
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.