banner
banner

Dünya

Sərnişinlər diri-diri yandı

Sərnişinlər diri-diri yandı

Braziliyanın Rio de Janeyro şəhərində ağır yol qəzası baş verib. 

ANS PRESS-in məlumatına görə, avtobus işıqfor dirəyi ilə toqquşduqdan sonra qəfildən yanmağa başlayıb. 

Yanğın qısa müddətdə bütün avtobusu əhatə edib. Hadisə nəticəsində 9 nəfər diri-diri yanaraq ölüb, 9 nəfər isə, xəsarət alıb. 

Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdiriliblər. Bir neçə xəstənin vəziyyəti ağır hesab olunur.

Faktla bağlı istintaq araşdırması başladılıb. İlkin təhqiqatlara görə, avtobusun qəza törətməsinə səbəb yolun sürüşkən olması olub. 

Polis sürücünün qəza zamanı sürət həddini aşıb-aşmadığını müəyyən etməyə çalışır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.