Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Qol.az-ın xəbərinə görə, yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə paytaxt təmsilçisi yarımfinala yüksəlib.
Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edib İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, 1/4 finalın digər matçları sabah keçiriləcək.
14 dekabr (cümə axşamı)
19:00.“Neftçi” – “Zirə” - 2:0 Qollar: Uqo Barqas, 37, Mirabdulla Abbasov, 45+2 Qırmızı vərəqə: Yovan Krneta, 90+5 ("Zirə") İlk oyun - 0:1 Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov “Bakcell Arena"
13:00.“Kəpəz” – “Keşlə” - 2:3 Qollar: Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3) İlk oyun - 0:2 Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə Gəncə şəhər stadionu
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.