"Mançester Siti"dən Qvardiolaya uzunmüddətli müqavilə
"Mançester Siti" baş məşqçisi Pep Qvardiolaya yeni müqavilə təklif edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Mançester klubunun rəhbərliyi təcrübəli mütəxəssislə uzunmüddətli müqavilə imzalamaq istəyir. P.Qvardiolanın bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 20 milyon funt sterlinq qazanacağı bildirilib.
Qeyd edək ki, P.Qvardiola ötən ildən "Mançester Siti"nin çalışdırır. Onun komandası hazırda ölkə çempionatında ilk pillədə qərarlaşıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.