banner
banner

Dünya

Ermənilərin seks və terror ulduzu - FOTO

Ermənilərin seks və terror ulduzu

AŞPA-da böyük uğursuzluğa düçar olmuş Ermənistan nümayəndə heyətinin başçısı Ermine Naqdalyan yenə də erməni mətbuatının gündəmindədir.

ANS PRESS-in məlumatına görə, müxalifət mətbuatı hakim partiyanın bu nümayəndəsini cəzalandırmağı tələb edir. Səbəb də aydındır - Qarabağ münaqişəsinin tarixində ilk dəfə olaraq oktyabrın 6-da Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğunu təsbit edən beynəlxalq sənəd müzakirə edilmişdi. Ermine Naqdalyan tərbiyəsiz ifadələrlə müzakirəni dayandırmaq istəmişdi. Buna görə də Ermənistan nümayəndə heyəti zaldan qovulmuşdu.

Ermənistan müxalifəti Ermine Naqdalyanı 2010-cu ildə ABŞ kəşfiyyatı tərəfindən ifşa edilmiş məşhur rus agent Anna Çapmanla müqayisə edib. Moskvanın dəstəyi ilə ABŞ həbsindən xilas olmuş Çapman hazırda Rusiyada, demək olar ki, həyatının ən xoşbəxt günlərini yaşayır. “Yəni Annanın həyatı xoş keçir, o, varlı və məşhurdur. Çünki hakimiyyətin öz adamıdır. Erminenin də məsələsi eynidir. O da Sezarın arvadı kimi yağ içində böyrək kimi yaşayır, tənqid oluna bilməz. O hər şey eləyə bilər, çünki hakim klanın öz adamıdır. Klan isə öz qanunları ilə yaşayır”,- deyə jurnalist Qalust Qriqoryan vurğulayır.

Ermine Naqdalyanın Anna Çapmanla müqayisə olunması olunması təsadüfi deyil. 1960-jı ildə İrəvanda anadan olmuş Ermine 1988-1994-jü ildə Dağlıq Qarabağda və ətraf rayonlarda dinj azərbayjanlı əhaliyə qarşı təşkil olunan terror əməliyyatlarının iştirakçısı olub. Serc Sarkisyan, Robert Koçaryan və Seyran Ohanyanla birlikdə jinayət əməliyyatlarında iştirak edib. Yəni hakim klanın jinayət ortağıdır. Ona görə də, onun AŞPA-da tərbiyəsiz ifadələr işlətməsi təbiidir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.