“Beşiktaş”ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirə bilər.
Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, Premyer liqada mübarizə aparan “Krital Palas”ın baş məşqçisi Roy Hodson bir müddətdir komandadan ayrılacağı iddia edilən Cenk Tosunu transfer etmək istədiklərini açıqlayıb.
Britaniya mətbuatına danışan 70 yaşlı mütəxəsis hazırda klublar arasında danışıq olmadığını, ancaq Cenkin komandaya cəlb olunmasının özü üçün sürpriz olacağını bildirib.
Qeyd edək ki, C. Tosun bu mövsüm “qara-qartallar”ın heyətində ümumilikdə 22 matçda 13 qol vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.