Millət vəkili Fazil Mustafa Azərbaycan millisinin Xorvatiyadakı rüsvayçı məğlubiyyətini normal qarşılayıb.
ANS PRESS-in məlumatına görə, bu gün ANS TV-nin "Günə baxan" proqramının qonağı olan deputat Azərbaycan cəmiyyətində bir çox qeyri-adi nüansların normal qarşılamaq lazım gəldiyini bildirib.
Aparıcı Kamran Həsənlinin "Fazil bəy, siz Bakıda avtomobil sürərkən özünüzü necə hiss edirsiz? Sürücülərin, piyadaların rəftarı sizi özünüzdən çıxarmırmı?" sualını özünəməxsus cavablandırıb.
"Millimizin 6-0 uduzmasını normal qarşıladığımız kimi Bakıda avtomobil sürərkən sürücülərin və piyadaların anormal hərəkətlərini normal qarşılamalıyıq".
Xatırladaq ki, Azərbaycan millisi 13 oktyabrda Xorvatiyada ən böyük hesablı məğlubiyyətlərindən birini yaşayıb – 6:0. Millimiz qapısından altıncı qolu 61-ci dəqiqədə Rəşad Sadıqov keçirib. Qolları Andrey Kramariç, 11 (1:0), İvan Perişiç, 34, 44 (3:0), Marselo Brozoviç, 45+1 (4:0), Luka Modriç, 56-pen (5:0), Rəşad Sadıqov, 61-avtoqol (6:0) vurublar.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.