banner
banner

İdman

Elmar Qasımov istefa verdi - AFFA-dan

Elmar Qasımov istefa verdi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Nizamnaməsinə əsasən, İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzvü olan təşkilatların müvafiq bölgüsünə uyğun şəkildə seçilir.

CİA.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq İctimai Futbol Təşklatları İctimai Birliyi İcraiyyə Komitəsində 2 üzvlə təmsil olunmalıdır.

İcraiyyə Komitəsinin üzvü Elmar Qasımov AFFA rəhbərliyinə ərizə ilə müraciət edərək işlərinin çoxluğu səbəbindən İcraiyyə Komitəsinin üzvlüyündən istefa verdiyini bildirib və istefasının qəbul olunmasını xahiş edib.

Bununla bağlı, İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb və seçki AFFA-nın 2015-ci il martın 6-da təşkil olunacaq növbəti Konfransında keçiriləcək. Firudin Qurbanovun İK-ya namizədliyi İctimai Futbol Təşklatları İctimai Birliyinə Futbol Hakimləri Birliyindən verilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.