"Baxın, "Qarabağ"la oyunlarda nə baş verdi?" - "Atletiko"nun prezidenti
"Çempionlar Liqasında qrupda qalmağımız bizə böyük zərbə oldu. Amma bəxtimizin gətirmədiyini düşünürəm. İlk matçda "Roma"ya qalib gəlməli idik. Çünki həmin görüşdə qol vurmaq şansımız oldu. Sonra Qarabağ"la 2 oyundan birində qələbə qazana bilərdik.Amma hədəfimizi reallaşdıra bilmədik. İndi Avropa Liqasında çıxış edəcəyik. Çempionlar Liqasındakı kimi burada da kuboku qazanmaq üçün həvəslə çalışacağıq".
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun prezidenti Enrike Sereso Madrid klubunun Çempionlar Liqasındakı çıxışı dəyərləndirərkən deyib.
O, çıxış etdikləri hər 3 turniri (La Liqa, İspaniya Kuboku və ya Avropa Liqası) titulla başa vurmaq istədiklərini bildirib: "Avropa Liqasında da yaxşı komandalar var. 3 yarışda iştirak edirik və uğur qazanmaq istəyirik. Baxın, "Qarabağ"la oyunlarda nə baş verdi? Hər bir komanda sirrdir".
E.Sereso 2017-nin "Atletiko" üçün tarixi bir il olduğunu da vurğulayıb: "Çünki stadionumuzu dəyişdirdik. 2016/2017 mövsümündə La Liqada üçüncü olduq. Çempionlar Liqasının yarımfinalına yüksəldik. "Atletiko" tarixinin ən yaxşı illərindən biri olduğunu deyə bilərəm".
Qeyd edək ki, "Atletiko" "Qarabağ"la ÇL-dəki hər iki oyundan heç-heçə (0:0, 1:1) edib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.