"Bavariya"nın futbolçusu Frank Riberi "Canal+"a açıqlama verib.
O, 2013-cü ildə "Qızıl top"u Kriştiano Ronaldonun yox, özünün qazanmağa layiq olduğunu deyib:
“2013-cü ildə "Qızıl top"u sanki məndən oğurladılar. Həmin il bütün titulları qazanmışdıq. Bundan artığını edə bilməzdim. “Qızıl top”suz qalmağım ədalətsizlik idi. Fransada hamı məni dəstəkləmədi. Özüm şahid olmuşdum ki, bəzi fransızlar Ronaldonun qalib gəlməli olduğunu deyirdi. Necə düşünürsünüz, portuqaliyalılar Messi və ya Riberinin qalib gələcəyini deyərdi? Əlbəttə ki yox"
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.