Türkiyənin şərqindəki Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb. Trend-in məlumatına görə, "quş qripi" virusu aşkarlanan kənddə, xəstə quşların məhv edilməsi üçün profilaktik tədbirlər həyata keçirilib.
Məlumata əsasən, "quş qripi" tez bir zamanda aşkarlandığı üçün və operativ profilaktik tədbirlər nəticəsində virusun insanlara keçmə riski qeydə alınmayıb.
Hazırda ətraf kəndlərdə "quş qripi"nə qarşı analoji olaraq profilaktik tədbirlər keçirilir.
Məlumat üçün qeyd edək ki, son dəfə Türkiyədə "quş qripi" 2015-ci ilin iyun ayında İstanbulda aşkarlanıb.
İstanbulda "quş qripi"nin aşkarlanması faktından sonra ölkədə uzun müddət profilaktik məqsədlərlə sentyabrın sonunadək vəhşi quşların ovuna qadağa qoyulmuşdu.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.