Özbəkistan millisinin sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb. Bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib. Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb. Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında istefaya göndərilmişdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.