"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
Qol.az-ın klubun rəsmi Facebook səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam klubu “Kuban”la yoxlama matçından sonra bu gün məşqləri bərpa edib.
Səhər məşqi yerli vaxtla saat 11:00-da başlayıb və fitness zalında baş tutub.
Günün ikinci məşqində isə “Qarabağ” yerli vaxtla saat 17:30-da meydançaya yollanıb. 90 dəqiqə davam edən məşqdə futbolçular fiziki çalışmalarla kifayətlənib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.