Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Suriyanın Afrin şəhərində başladılan "Zeytun budağı" əməliyyatından sonra sərhəddəki Reyhanlı və Kilis rayonlarına çox sayda raket atılıb.
Hatay Valiliyi son dəqiqə məlumat yayaraq Reyhanlıya 11 raket düşdüyünü bildirib. Valiliyin yaydığı yazılı açıqlamada qeyd edilib ki, raketlərdən 9-u rayon mərkəzinə, 2-si isə rayon kənarındakı boş əraziyə düşüb. Nəticədə 1 nəfər Suriya vətəndaşı ölüb, 47 nəfər yaralanıb. Yaralananlardan 30-u Türkiyə vətəndaşı, 17-i isə suriyalıdır. Bundan başqa, 15 avtomobil əzilib, 10 iş yeri zərər görüb.
Türkiyənin Kilis rayonuna isə 4 raket düşüb. Nəticədə 7 nəfər yaralanıb. Onlardan 2-si suriyalıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.