banner
banner

İdman

"Onlar hələ tam hazır deyillər" - Joze Alesio

"Onlar hələ tam hazır deyillər"

“Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir”.
Bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İrana qarşı keçirilən yoxlama görüşündən sonra deyib.
Braziliyalı mütəxəssis 1:4 hesablı məğlubiyyəti belə şərh edib: “Yenə müdafiədə səhvlərə yol verdik. Avropa çempionatına 6-7 gün vaxtımız qalıb. Bu müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Komandada hücumameyilli oyunçular çoxluq təşkil edir. Buna görə də müdafiədə boşluqlar yaranır. Bunu düzəltməliyik”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.