Çempionlar Liqasının 1/8 finalında "Bayer"lə qarşılaşacaq "Atletiko" (Madrid) klubu həmin oyuna ciddi itki ilə çıxacaq.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Koke Leverkuzen təmsilçisi ilə oyunda komandasına kömək edə bilməyəcək.
"Real"la görüşdə zədələnən futbolçu hələ də tam sağalmayıb. Bu səbəbdən Koke Almaniyaya aparılmayacaq.
Qeyd edək ki, "Bayer" - "Atletiko" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.