ABŞ rəhbərlik etdiyi koalisiya qüvvələri İŞİD terrorçularına öldürücü zərbələr endirib. Ardıcıl aviazərbələri nəticəsində 52 İŞİD terrorçusu məhv edilib.
ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bundan əlavə terrorçular paytaxt Bağdaddan 200 kilometr məsafədə olan işğal etdikləri Əlbağdadi şəhərinin də bir hissəsini itiriblər.
Bu döyüş zamanı da terrorçular 20 üzvünü itirib.
Daha əvvəl xəbər verilmişdi ki, koalisiya qüvvələri İŞİD mövqelərinə 25 aviahücum təşkil edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.