banner
banner

İdman

Konte bu gün istefaya göndərilə bilər - İngiltərə mətbuatı

Konte bu gün istefaya göndərilə bilər

"Çelsi"nin baş məşqçisi Antonio Konte bu gün istefaya göndərilə bilər.
Bu barədə İngiltərə mətbuatı xəbər yayıb. İddia olunur ki, son nəticələrdən məmnun qalmayan London klubunun prezidenti Roman Abdamoviç komandanın sükanı arxasında dəyişiklik etməyə hazırlaşır. Artıq yeni namizəd də məlumdur. Böyük ehtimalla, Konteni "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike əvəzləyəcək. Təyinatın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın son turunda səfərdə "Uotford"a 1:4 hesabı ilə uduzub. Komanda hazırda 50 xalla 4-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisini ilk sıradakı "Mançester Siti"dən 19 xal geri qalır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.