banner
banner

İdman

"Real"ın apellyasiya şikayəti rədd edildi

"Real"ın apellyasiya şikayəti rədd edildi

UEFA İntizam Komitəsi "Real"ın  futbolçusu Dani Karvahalın cəzasını ləğv edilməsi ilə bağlı apellyasiya şikayətini rədd edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ispan müdafiəçinin cəzası qüvvədə qalıb.

Qeyd edək ki, UEFA D.Karvahalın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda APOEL-ə qarşı matçda (6:0) qəsdən sarı vərəqə aldığı qənaətinə gəlib. İspan müdafiəçi əlavə edilmiş vaxtda topu autdan meydana gec daxil edib. Buna görə o, sarı vərəqə alaraq cəzalı duruma düşüb.

D.Karvahal bilərəkdən bu addımı atdığı üçün 2 oyunluq cəzalandırılıb. O, 1 oyunluq cəzasını "Borussiya" ilə matçda çəkib. Daha 1 matçlıq cəzası qalan D.Karvahal ÇL-in 1/8 finalında PSJ ilə ilk görüşü buraxacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.