"Barselona"nın futbolçusu Jerard Pike cəzalandırıla bilər.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, buna onun La Liqanın 22-ci turunda "Espanyol"a qarşı oyunda (1:1) etdiyi hərəkət səbəb ola bilər. Sözügedən matçda 31 yaşlı müdafiəçi bərabərlik qolunu vurduqdan sonra sevincini qeydə edən zaman şəhadət barmağını dodağına qoyaraq "Espanyol" azarkeşlərinə göstərib.
Matçdan sonra Pike bildirib ki, bu, onun ailəsini təhqir edən rəqib azarkeşlərə cavabı olub.
Pikenin azarkeşlərə qarşı bu hərəkətinə görə 3 oyuna qədər cəzalandırıla biləcəyi vurğulanıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.