Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final görüşləri davam edir. Bu gün Azərbaycan millisi də yarımfinal uğrunda mübarizə aparıb. Yığmamız 1/4 finalda Portuqaliya ilə qarşıalşıb. Görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb - 1:8. Bununla da Joze Alesionun rəhbərlik etdiyi komandamız Avropa çempionatı ilə vidalaşıb. Maraqlıdır ki, son dünya çempionatında da millimizi 1/4 finalda Portuqaliya mübarizədən kənarlaşdırmışdı.
Qeyd edək ki, Portuqaliya yarımfinalda Rusiya ilə qarşılaşacaq. Avropa çempionatı
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.