Türkiyəli məşqçi Yılmaz Vuralın yeni iş yeri bəlli olub.
Qol.az-ın “Milliyət”ə istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssis Türkiyə 1-ci liqa təmsilçisi "Giresunspor"u çalışdıracaq. O, bu vəzifədə Metin Diyadini əvəz edəcək.
Qeyd edək ki, "Giresunspor" Yılmaz Vuralın çalışdıracağı 27-ci klub olacaq. O, son olaraq “Boluspor”da işləyib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.