İspaniyada kəskin soyuqlar - Uçuşlar təxirə düşdü, məktəblər bağlandı
Ötən həftənin cümə axşamından İspaniya ərazisində başlayan kəskin soyuq hava yollarda və digər nəqliyyat vasitələrində problemlər yaratmaqda davam edir. Belə ki, ölkənin 350 avtomobil yolunda (22 magistral yol daxil olmaqla), yüksək sürətli qatarların hərəkətlərində və Madridin Adolfo Suarez hava limanında ləngimələr yaranıb. Madrid hava limanında 70 reys təxirə salınıb və ya gecikib.
İntensiv yağan qar nəticəsində İspaniyada 50 min məktəbli dərsə gedə bilməyib.
AZƏRTAC xəbər verir ki, meteoroloqların proqnozlarına görə, həftənin sonunadək davam edəcək soyuq hava mənfi 15 dərəcəyədək dəyişəcək. Belə hava İspaniyada norma olmadığı üçün çətinliklər yaradır. Ən güclü qar yağıntıları ölkənin Ueska, Teruel, Kantabriya, Tarraqon, Kastelyon və Asturiya vilayətlərinə düşəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.