banner
banner

İdman

Azarkeşlər Şakiranı da təhqir ediblər

Azarkeşlər Şakiranı da təhqir ediblər

İspaniya Peşəkar Futbol Liqasının “Barselona”nın müdafiəçisi Jerar Pikenin “Espanyol” azarkeşləri tərəfindən təhqir olunması ilə bağlı hazırladığı hesabatın detalları məlum olub.
Ölkə Futbol Federasiyasına təqdim olunan hesabatda qeyd olunub ki, “Espanyol” hesabı açdıqdan sonra yerli azarkeşlər “Barselona”nın əleyhinə şüar səsləndiriblər. 
Pike isə “Barselona”nın cavab qolundan sonra fanatlara barmaqları ilə “sus” işarəsini göstərib. Təcrübəli müdafiəçinin bu hərəkəti “Espanyol” fanatlarının narazılığına səbəb olub. 
Bundan sonra 450-yə yaxın “Espanyol” fanatı futbolçu ilə yanaşı, onun xanımı, tanınmış müğənni Şakiranı da təhqir ediblər. Hətta fanatlar şüarlarında Şakiranın oğlunun atasının Pike olmadığını iddia ediblər.
Hesabatda o da qeyd olunub ki, fanatları təxribata çəkən məhz Jerar Pike olub. Onun qoldan sonrakı jesti azarkeşləri narazı salıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.