banner
banner

Dünya

Dünya tarixində inqilab kimi hadisə - Marsa raket göndərildi

Dünya tarixində inqilab kimi hadisə

Fevral ayının 7-nə keçən gecə SpaceX şirkəti son on illərin ən böyük raketini buraxıb. Bu, özəl bir şirkət üçün də böyük uğur sayılır. “Falcon Heavy” raketi fevralın 6-da Floridanın məşhur Kennedy Kosmik Mərkəzindən buraxılıb. 50 il öncə NASA da Aya astronavtları buradan göndərmişdi.

Buraxılandan səkkiz dəqiqə sonra raketin iki yan hissəsi Yerə qayıdıb, yaxınlıqdakı Cape Canaveral Hava Qüvvələri Stansiyasına eniş edib. Raketin orta hissəsi sahildə 400 kilometr aralıda Atlantik Okeanında platformaya düşməliydi. Amma son məlumatlarda bunun baş tutmadığı bildirilir.

“Falcon Heavy” 1970-ci illərdə NASA-nın işlətdiyi Saturn V raketlərindən bəri orbitə buraxılmış ən böyük raket sayılır. Tam işlək vəziyyətə gətiriləndən sonra bu sistemdən ABŞ ordusu və telekommunikasiya şirkətlərinin işlətdiyi ağır peyklərin orbitə çıxarılmasında istifadə olunacaq.

SpaceX şirkətini Kaliforniyadan sahibkar Elon Musk yaradıb. Onun "Tesla" şirkətinin buraxdığı elektrik avtomobilləri isə Birləşmiş Ştatlarda məşhurlaşıb.

mars rocket ile ilgili görsel sonucu

“Falcon Heavy” orbitə “Tesla Roadster” avtomobilini də çıxarıb. Şirkəti bu maşını Marsa göndərməyi planlaşdırır.

Partladıldıqdan üç dəqiqə sonra sürətartırıcı raketlərindən ayrılan “Falcon Heavy” və ikinci etap dünya oxu ətrafına irəlilədikcə ən riskli bölümün sona çatdığı bildirilir. 2 raket vəzifəsini tamamladıqdan sonra problemsiz olaraq geri dönüb. “Falcon Heavy” isə qarşıdakı saatlar boyunca dünyanın  Van Allen radiasiya zolağını gəzəcək.

Mütəxəssislər ilk dəfə bir hökumət yerinə özəl şirkət tərəfindən illərcə kosmosa yük daşıyan “Falcon 9" raketinin turbo şarjlı versiyasının bazara çıxarılması ilə kosmos uçuşunda önəmli, hətta inqilabi bir addım atıldığına diqqət çəkirlər. Bu arada ”Falcon Heavy"inin ilk dəfə bir avtomobil daşıması kosmos səfərinə olan diqqəti artırıb. Elon Muskun digər firması “Tesla” tərəfindən istehsal edilən elektrikli bir idman maşını olan “Roadster”in sürücü kreslosunda SpaceX-in köynəklərindən birini geyinmiş bir maneken oturub. “Roadster” kosmosa gedən ilk avtomobil ünvanını alıb.

mars rocket ile ilgili görsel sonucu

“Falcon Heavy”in ilk uçuşu ilə daha böyük raketlər yaratmaq üçün SpaceX-ə güc verdiyini iddia edən mütəxəssislər Muskun Marsa insanları göndərmə xəyalını gerçəkləşdirməsinə kömək edə biləcəyini iddia edirlər.

Ekspertlər bildirirlər ki, ilk dəfə hökumət əvəzinə özəl şirkət kosmosa raket göndərir. Mask test uçuşunun riskli olduğunu və müvəffəqiyyət ehtimalının 50% olduğunu söyləyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.