banner
banner

Dünya

Pendir görəndə ağlayan qadın...

Pendir görəndə ağlayan qadın...

İsveçin Bari şəhərinin sakini panikalı xəstəliyi barədə jurnalistlərə danışıb. “The Daily Express” qəzetinin məlumatına görə, 33 yaşlı Anna Bondesson bildirib ki, pendirin bir növü onu ağlamağa vadar edir. Biznes analitik kimi çalışan qadın qorxusunun təbiətini izah edə bilmir. Fobiyasını isə əyləncəli hesab edərək, onunla mübarizə etməyi düşünmür. Bondesson deyib ki, məhz bu səbəbdən marketlərin pendir şöbəsinə ayaq basmır.

Səbəb “o sarı, iyli zəhər”lə qarşılaşmamaq istəyidir. Qızın sözlərinə görə, başqaları pendir yeyəndə o, özünü həyəcanlı hiss edir: “Bir dəfə iş yoldaşım mikrodalğalı sobaya pendirli piroq qoydu ki, qızdırsın. Az keçmədən onun qoxusu yayıldı və mən panikaya qapıldım”.

Qadın bu qorxusuna görə sevgilisi ilə ayrılmaq zorunda qalıb: “Bir dəfə mən onun evinə qonaq getmişdim. O, qonaq otağına əlində pendir dolu boşqabla girdi və mənə onu tutmağımı dedi. Mən otaqdan ağlayaraq çıxdım və təbii ki, biz bir daha görüşmədik”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.