Türkiyənin "Karabükspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Yılmaz Vural çalışdıracaq.
62 yaşlı mütəxəssis "Karabükspor"la mövsümün sonuna qədər müqavilə imzalayıb. O, baş məşqçi vəzifəsində istefaya göndərilən Tolunay Kafkazı əvəzləyib.
Qeyd edək ki, son komandası "Osmanlıspor" olan Vural daha öncə "Trabzonspor", "Bursaspor", "Antalyaspor" və "Gənclərbirliyi" kimi superliqa klublarını çalışdırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.