Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçlar keçirilib. Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma oynanılıb.
Günün maraqla gönlənilən oyunu Mançesterdə baş tutub. Ötən mövsüm olduğu kimi yenə 1/8 finalda “Mançester Siti” ilə “Barselona” üz-üzə gəlib. İngiltərə təmsilçisi ötən mövsüm uduzduğu hər iki matçın (0:2, 1:2) qisasını almağa çalışsa da, buna nail olmayıb. Kataloniya təmsilçisi səfərdə rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Turun digər görüşündə "Yuventus" doğma meydanda "Dortmund Borussiya"sını qəbul edib. Bu oyunda meydan sahibləri sevinən tərəf olub. Fasiləyə 2:1 hesabı ilə üstün yollanan "Yuventus" ikinci hissədə də qələbə hesabını qoruyaraq oyundan qalib ayrılıb - 2:1. Qeyd edək ki, 1/8 finalın qalan iki qarşılaşması bu axşam keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.