Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada baş verən sərnişin təyyarəsi qəzası ilə əlaqədar ölkənin başçısı Vladimir Putinə başşağlığı verib.
"Bütün rus xalqına Vladimir Putin şəxsində başsağlığı verirəm, həlak olanların ailələrinə səbr arzu edirəm", deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.