Katoliklərin ruhani lideri Papa Fransisin e-məktublarından birinin üzə çıxaması onun barəsində söz-söhbətlərə səbəb olub.
ANS PRESS-in məlumatına görə, argentinalı papa Fransis bir müddət əvvəl həmvətənlisi ilə yazışarkən uşaqların, qadınların istismar edilməsi, narkotik və insan alverinin Meksikada artdığını, çox keçmədən bu yöndə Argentinanı qabaqlayacağını, bir sözlə, orada vəziyyətin dəhşətli olduğunu yazıb.
Papanın bu e-məktububnun ortaya çıxması meksikalılların xoşuna gəlməyib. Bu barədə təəssüfləndiyini Meksika xarici işlər naziri köməkçilərindən olan Xose Antonio Meade də vurğulayıb.
Bundan başqa o, ölkəsinin papanın narahatlıq duyduğu məslələrə qarşı mübarizə apardıqlarını da sözlərinə əlavə edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.