Microsoft korporasiyası Windows XP əməliyyat sisteminin rəsmən dəstəklənməsini on ay əvvəl dayındırsa da, ondan həm istehlakçılar, həm də korporativ müştərilər istifadə etməkdə davam edir. Lakin köhnəlmiş platformadan istifadə qiyməti bahalaşıb.
Windows XP istifadəçiləri üçün Custom Support Agreement (CSA) xüsusi proqramının qiyməti bir kompüter üçün 400 dollar təşkil edəcək ki, bu da hazırkı qiymətdən iki dəfə bahadır. bu barədə ICTnews elektron xəbər xidməti bildirir.
CSA abunəçiləri Windows XP üçün əsas yeniləmləri hələ də fərdi qaydada alırlar. Microsoft proqramı əməliyyat sisteminə tələbatın olması ilə əlaqədar tətbiq edib.
Net Applications analitiklərinin məlumatına görə, 2015-ci ilin yanvarında Windows XP Windows əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərin 20,7 faizində quraşdırılıb ki, bu da təxminən 300 milyon qurğuya uyğundur.
İnformasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan Secunia şirkətinin nümayəndələri bildiriblər ki, Windows XP-nin dünya fərdi kompüterlər bazarında payı 15 faizi ötür. StatCounter servisi bu göstəricinin 12 faiz səviyyəsində olduğunu açıqlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.