Qərbi Afrikada ölümcül Ebola virusu ilə əlaqədar artıq 6 aydır ki, müşahidə olunan böhranlı vəziyyət sona çatıb. Liberiya hökuməti virusa nəzarət etdiklərini bildirib. Vəziyyətlə əlaqədar qonşu Syerra-Leone və Qvineya ilə sərhədlər də açılıb və karantin saatı ləğv edilib. Bölgə insanları isə, epidemiyanın qarşısının alınması ilə əlaqədar sevinclərini gizlətmirlər.
Liberiyada insanlar normal həyatlarına - gündəlik fəaliyyətlərinə geri dönüblər. Artıq heç kim epidemiyaya görə narahat olmur.
Region ölkələri virusa tamamilə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətə müraciət ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə virus indiyə 9 mindən çox insanın həyatına son qoyub. Ebola virusu əsasən, Liberiya, Qvineya və Syerra-Leonedə təhlükəli həddə çatmışdı.//ANS
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.