banner
banner

İdman

Koutinyo Portuqaliya vətəndaşı olur

Koutinyo Portuqaliya vətəndaşı olur
“Barselona”nın yeni transferi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır. Qol.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçinin həyat yoldaşı Portuqaliya vətəndaşıdır. Cütlük artıq 3 ildir evlidir. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına yiyələnə bilər. Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq. La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. “Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var idi. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barselona” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.